Ukrayna baş nazirinin müavini deyib ki, Ukrayna Silahlı Qüvvələri Mariupolda silahı yerə qoymayacaq.

0

Mariupoldakı Ukrayna ordusu silahı yerə qoymayacaq və şəhəri tərk etməyəcək. Bu barədə bazar ertəsi Ukraynanın baş nazirinin müavini, nəzarət olunmayan ərazilərin reinteqrasiyası üzrə nazir İrina Vereşçuk bildirib.

“Hər hansı təslim olmaqdan və silahı yerə qoymaqdan söhbət gedə bilməz. Biz bu barədə artıq Rusiya tərəfini məlumatlandırmışıq”, – o, “Ukrayinska Pravda” nəşrinə deyib.

Bazar günü Rusiya Federasiyasının Milli Müdafiəyə Nəzarət Mərkəzinin rəhbəri, general-polkovnik Mixail Mizintsev bildirib ki, Rusiya Silahlı Qüvvələri millətçilərə silahlarını qoymağı və Mariupoldan Kiyevin nəzarətində olan ərazilərə getməyi tövsiyə edib. Yalnız bu zaman onların həyatlarına zəmanət veriləcək.

“Hər hansı təslim olmaqdan və silahı yerə qoymaqdan söhbət gedə bilməz. Biz bu barədə artıq Rusiya tərəfini məlumatlandırmışıq”, – İrina Vereşçuk “Ukrayinska Pravda” nəşrinə deyib.

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »