Dövlət Duması Zelenskini divara söykəməyi təklif edib.
Dövlət Dumasının deputatı Boroday Zelenskiyə ölüm cəzası verilməsini təklif edib.
Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin sədr müavini Aleksandr Boroday Ukrayna prezidenti Vladimir Zelenski və onun tərəfdaşları ölüm cəzasına məhkum edilməlidir.
İctimairey.az xəbər verir ki, o, bu barədə “Moskva danışır” radiostansiyasına müsahibə verib.
“Onları (Ukrayna hakimiyyətinin nümayəndələri) əldə etmək olduqca çətindir, amma ürəyim ağrıyır: bütün bu Zelenskilər, Arestoviçlər, Reznikovlar və digər personajlar üçün. İlk növbədə divara söykənməli olan onlardır. İlk növbədə Zelenski”, – deyə Boroday təklif edib.
Onun fikrincə, Ukrayna prezidenti “kukla roluna” görə, belə bir cəzaya layiqdi. Eyni zamanda, deputat təəssüfləndiyini bildirib ki, Zelenski və onun tərəfdaşları üçün, ölüm hökmünə ümid etmək çətindir, çünki “onların əksəriyyəti Qərb ölkələrinin ərazisində yerləşir”.
Martın əvvəlində Boroday Ukrayna prezidentinin ölkəni xaosa sürükləmək niyyətində olduğunu bildirmiş və bunu xalqa qarşı tam amansızlıq adlandırmışdı. Həmçinin, onun sözlərinə görə, Zelenski Rusiya ilə münaqişəyə mümkün qədər çox insanı cəlb etmək istəyir, çünki bu, Qərb üçün faydalıdır.