ABŞ Ukraynanı S-400 sistemləri ilə təmin etmək müqabilində Türkiyəyə F-35 döyüş təyyarələri təklif edir.
ABŞ Türkiyəyə F-35 qırıcıları müqabilində Ukraynaya S-400 sistemləri göndərməyi və sanksiyaları ləğv etməyi təklif edir.
“The Washington Street Journal” yazır ki, Türkiyə S-400 sistemlərini Ukraynaya ötürə və ABŞ-dan F-35 qırıcıları ala, eləcə də mövcud sanksiyalardan qurtula bilər.
“Ukraynanın zenit silahlarına ehtiyacı var, Türkiyənin isə ondan qurtulmalı olduğu bir sistem var – dörd il əvvəl aldığı Rusiya istehsalı S-400 sistemi ABŞ-da böyük əks-səda doğurdu və cavab olaraq F.35 qırıcılarının verilməsi dayandırıldı. Şübhə yoxdur ki, S-400-lər Ukraynanın hava hücumundan müdafiə imkanlarını gücləndirəcək və onların Türkiyənin arsenalından çıxarılması Türkiyənin F-35 konsorsiumunda bərpasına və sanksiyaların ləğvinə zəmin yaradacaq. Türkiyənin hava hücumundan müdafiə sistemindəki boşluğu qısa müddətdə ABŞ-ın Patriot batareyaları və son nəticədə Türkiyənin özünün hazırlanmaqda olan “Siper” zenit-raket kompleksləri doldura bilər.
Eyni zamanda, başqa bir Amerika nəşrinin yazdığına görə, ABŞ dövlət katibinin müavini Vendy R. Sherman Türkiyəyə səfər edərkən, təxminən iki həftə əvvəl Türkiyəyə oxşar təkliflə çıxış edib. “The New York Times” yazır ki, bununla belə, Türkiyə zenit sistemlərinin təmin edilməsinin ölkəni Rusiyanın qəzəb obyektinə çevirə biləcəyindən narahatdır.
Buna baxmayaraq, ekspertlər bu cür nəşrləri təxribat adlandırırlar, çünki bu mövzuda nə Türkiyədən, nə də ABŞ-dan rəsmi açıqlamalar yoxdur.