Ukraynada SON DURUM: Milli Qvardiyaçılar Rubijne və Popasna uğrunda döyüşləri davam etdirir. -FOTO

0

Milli Qvardiyanın əsgərləri düşmənin Rubijne istiqamətində irəliləyişini dayandırıb və 20 işğalçını məhv ediblər.

Bu barədə özünün Facebook səhifəsində Luqansk vilayəti hərbi-mülki administrasiyasının rəhbəri Serhiy Qayday məlumat verib.

“Rubijne və Popasna Ukraynanındır. Bölgənin bütün şəhərləri atəşə tutulub. Dörd nəfər ölüb, 10 nəfər yaralanıb. 50-dən çox binaya ziyan dəyib. İyirmi nəfər rus işğalçısı məhv edilib və onlar geri çəkilməyə məcbur olub. Düşmən qoşunları minaatanlardan və top artilleriyasından şəhəri qırx dəqiqə atəşə tutub”, – Qayday yazıb.Нацгвардейцы остановили наступление врага на Рубежное и уничтожили 20  оккупантов - Гайдай — УНИАН

Gün ərzində Severodonetsk, Lisichansk, Girskoye, Kreminnaya, Privolye, Zolote atəşi altında olub.

Qaydaynin sözlərinə görə, 19 çoxmənzilli və 19 fərdi yaşayış binası, iki səhiyyə obyekti, mühüm infrastruktur obyektləri, anbar və yardımçı tikililərə ziyan dəyib.Война в Украине: Нацгвардейцы остановили наступление войск РФ на Рубежное:  Уничтожено около двух десятков российских оккупантов « Новости | Мобильная  версия | Цензор.НЕТ

Severodonetsk və Rubijnıda ölənlər var.

“23 yaşayış məntəqəsinə tam olaraq, qaz verilməyir. 7-si qismən, ümumilikdə 35 minə yaxın abonent qazsız  qalıb. 38 yaşayış məntəqəsindən – 26-sı tam, 12-si qismən enerjisiz qalıb. 103 min 490 istehlakçı işıqsız qalıb. İstilik və su təchizatında vəziyyət dəyişməz qalmaqdadır.”, – o yazıb.

Daha əvvəl bildirilmişdi ki, Luqansk vilayətində yeni çıxış dəhlizi razılaşdırılıb: Severodonetsk, Rubijne, Popasna, Lisiçanskdan avtobuslarla evakuasiya gözlənilir. Saat 14:00 radələrində Novozolotarevkadan evakuasiya qatarı olacaq.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »