Cümə axşamı Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək, Ukrayna ilə sülh razılaşması bağlamaq üçün Rusiyanın tələblərinin nədən ibarət olduğunu ona bildirib. Bu barədə BBC-nin Beynəlxalq məsələlər üzrə redaktoru Con Simpson bildirib.
“Telefon danışığı bitdikdən sonra Ərdoğanın mətbuat katibi İbrahim Kalından 30 dəqiqəlik müsahibə aldım. Kalın iki prezidentin söhbətini dinləyən çox az sayda məmurlardan biri olub”, – Simpson yazıb.
Kalının sözlərinə görə, Rusiyanın tələblərini iki kateqoriyaya bölmək olar.
Kalına görə ilk dörd tələbin həyata keçirilməsi elə də çətin deyil. Bunlardan başlıcası Ukraynanın neytral statusunun elan edilməsi və NATO-ya üzv olmaqdan imtina etməsidir. Bu barədə Ukrayna prezidenti Vladimir Zelenski özü danışıb.
Çətinliklər ikinci kateqoriya ilə bağlı ola bilər.
Putin Ərdoğanla söhbətində deyib ki, bu məsələlərdə razılığa gəlmək üçün onunla prezident Zelenski arasında üzbəüz danışıqlar aparılmalıdır.
Kalın təfərrüatları açıqlamasa da həlli çətin adlandırdığı tələblərin Donbass və Krımın statusu ilə bağlı olduğunu bildirib.