Bərpaolunan enerji növlərinin inkişaf etdirilməsi ölkəmiz qarşısında dayanan əsas prioritetlərdən biridir

0

Bu gün zəngin karbohidrogen ehtiyatlara malik olan Azərbaycanın dünya üçün əhəmiyyəti getdikcə artır.

Xüsusilə son illərdə Avrasiya məkanında baş verən bir sıra geosiyasi proseslər, enerji təhlükəsizliyinin ön plana çıxması Avropa dövlətlərini yeni enerji mənbələrini təmin etməyə sövq etdi. Bu baxımdan regionun əsas neft ölkələrindən biri kimi Azərbaycana diqqətin artması təbiidir. Avropa gələcəkdə enerji təhlükəsizliyinin təmin edilməsində və alternativ mənbələrə çıxışda ölkəmizin əhəmiyyətini qiymətləndirməyə bilməzdi. Məhz, Avropa dövlətlərinin alternativ enerji təminatçısı kimi üzünü ölkəmizə çevirməsi anlaşılandır.

Çünki Azərbaycan həm də sabit və etibarlı imici ilə diqqət çəkir. Buna görə də ekspertlərin “Azərbaycan enerji təhlükəsizliyi məsələsində Avropanın ən yaxşı tərəfdaşıdır” qənaəti hər kəs tərəfindən şəksiz qəbul edilir və Qərbin enerji tələbatının ödənilməsinə önəmli töhfə verir. Bir sözlə, təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən formalaşdırılan enerji siyasəti “Əsrin müqaviləsi” ilə dünyanın ilk neft hasilatçılarından olan Azərbaycanı beynəlxalq enerji bazarlarında birbaşa iştirakçıya çevirdi. Beləliklə, 28 il əvvəl dünyanın müxtəlif ölkələrini təmsil edən iri şirkətlərin nümayəndələri Bakıda bir araya gələndə çox az adam düşünürdü ki, qısa müddətdən sonra Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycan aparıcı ölkələrdən birinə çevriləcək. Müzəffər Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimindəki çıxışında ölkəmizin energetika sahəsində çox əlamətdar bir gün olduğunu bildirərərk, bu stansiyanın, həm ölkəmizin enerjiyə artan tələbatını ödəyəcəyini, eyni zamanda, ixrac imkanlarımızı da genişləndirəcəyini vurğulamışdır:

“Bu gün Qaradağ Günəş Elektrik Stansiyasının təməli qoyulur. Bu münasibətlə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik etmək istəyirəm. Doğrudan da çox önəmli bir hadisədir, 230 meqavat gücündə olan bu stansiya həm ölkəmizin enerjiyə artan tələbatını ödəyəcək, eyni zamanda, ixrac imkanlarımızı da genişləndirəcək”. Möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin bu günki əsas prioritetləri bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsidir.

Ölkəmizdə bərpaolunan enerji potensialından səmərəli istifadə edilməsi məqsədilə 2004-cü ildə Dövlət Proqramı qəbul edilib. Dövlət Proqramının qəbulu bərpaolunan enerji mənbələrinin istifadəsində əsaslı dəyişikliklərin həyata keçirilməsinə və ölkəmizin bu sahədəki potensialının dəyərləndirilməsinə geniş imkanlar yaradıb. “Yaşıl enerji” yə keçidlə bağlı atılan mühüm addımlar Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının təməlinin qoyulması böyük hadisədir. Bu addımlar ölkəmizin enerjiyə artan tələbatını ödəməklə yanaşı ixrac imkanlarımızı da genişləndirəcəkdir. Alternativ enerjinin istehsalı artırılmaqla Azərbaycan bu sahədə təbii qaz sərfiyyatını azalda bilər. Enerji mənbələrinin şaxələndirilməsi ilə yanaşı, dünyada enerjiyə tələbatın ətraf mühitə zərər vurmadan ödənilməsi aktual məsələlərdəndir və bu mənada bərpaolunan enerji mənbələrindən istifadə etməklə atmosferə atılan karbon emissiyalarının azaldılması ekologiyaya əvəzsiz töhfədir.

Elşən Ağalarov
Neftçala rayon sakini, müəllim

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »