Rusiya Qərbə xəbərdarlıq etdi: Dost olmayan ölkələr yaxşı heç nə gözləməməlidir. QARA SİYAHI

0

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün, martın 17-də keçirdiyi brifinqdə bildirib ki, Rusiyanın qeyri-dost hərəkətlər edən dövlətlər siyahısına daxil etdiyi ölkələr üçün bu, “yaxşı heç nə” demək deyil.

“Qısaca cavab verim: bu, onlar üçün yaxşı heç nə demək deyil”, – diplomat jurnalistlərin müvafiq sualını cavablandırarkən deyib.

Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsinin vurğuladığı kimi, bu mövzu ilə bağlı daha ətraflı material daha sonra təqdim olunacaq.

Xatırladaq ki, Rusiya Federasiyası hökuməti Rusiyaya, onun şirkətlərinə və vətəndaşlarına qarşı qeyri-dost hərəkətlər edən xarici dövlətlərin və ərazilərin siyahısını təsdiqləyib. Buraya ABŞ və Kanada, Aİ dövlətləri, Böyük Britaniya (Cersi, Anqilya, Britaniya Virginiya adaları, Cəbəllütariq daxil olmaqla), Ukrayna, Monteneqro, Albaniya, Andorra, İslandiya, Lixtenşteyn, Monako, Norveç, San Marino, Şimali Makedoniya və Yaponiya, Cənubi Koreya, Avstraliya, Mikroneziya, Yeni Zelandiya, Sinqapur və Tayvan (Çinin ərazisi hesab edilir, lakin 1949-cu ildən öz administrasiyası tərəfindən idarə olunur). İsveçrə də qara siyahıdadır. Sadalanan dövlətlər Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatına başladıqdan sonra, Rusiyaya qarşı sanksiyalar tətbiq edib və ya onlara qoşulub.

Fevralın 24-dən etibarən, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Ukraynanın demilitarizasiyası və deazifikasiyası məqsədilə elan etdiyi Rusiyanın xüsusi hərbi əməliyyatı davam edir. Qərar Donbass respublikalarının rəhbərlərinin müraciətinə cavab olaraq qəbul edilib. Putin vurğulayıb ki, Moskvanın planlarına Ukrayna ərazilərinin işğalı daxil deyil. Rusiya Federasiyasının Müdafiə Nazirliyi bəyan edib ki, Rusiya hərbçiləri Ukrayna şəhərlərinə zərbə endirmir, lakin yüksək dəqiqlikli vasitələrlə hərbi infrastrukturu sıradan çıxarır. Hərbi idarədə vurğulandığı kimi, mülki əhali üçün heç bir təhlükə yoxdur.

 

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »