Baydendən Ukraynaya TARİXİ YARDIM

0

ABŞ Prezidenti Co Bayden Ukraynaya hərbi, humanitar və iqtsadi yardım ayrılması barədə qanunu imzalayıb.

 

İctimaiRəy.az-ın xəbərinə görə, yardımın həcmi tarixdə nadir görülmüş məbləğ – 13,6 milyard dollardır.

“Mən indi Ukraynaya 13,6 milyard dollar həcmində tarixi yardım ayrılmasına dair qanunu imzaladım” – deyə Bayden bildirib.

Pul yardımı aşağıdakı şəkildə bölüşdürüləcək:

Hərbi kömək məqsədi ilə ayrılmış 6,5 milyard dolların yarısı Ukraynaya müdafiə təyinatlı məhsullar göndərmək üçün Pentaqona veriləcək.

Humanitar yardım üçün 4 milyard dollar ayrılıb. Bu vəsait ukraynalı qaçqın və köçkünlərə sərf olunacaq.

İqtisadi kömək paketi 1,8 milyard dollar olub Ukraynanın iqtisadi ehtiyacı və kibertəhlükəsizliyə sərf ediləcək.

Bundan əlavə ukraynalı jurnalistlərin dəstəklənməsi və dezinformasiya ilə mübarizəyə də vəsait ayrılıb.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »