“AzerGold” QSC “Çovdar” inteqrə olunmuş regional emal sahəsi (qiymətli metallar çıxarılan və saxlanılan yerlər istisna olmaqla) üzrə mühafizə xidmətləri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
İctimairey.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi “Gesco” ASC-dir.
Qalib şirkətə 1 288,4 min manat ödəniləcək.