Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova NATO-nu Avropa Şurasından təbliğat platforması kimi istifadə etməkdə günahlandırıb.
“Report” TASS-a istinadən xəbər verir ki, o, bu barədə “Sputnik” radiosunun efirində deyib.
“Bizim Avropa Şurası ilə heç bir əlaqəmiz yoxdur. Çünki bu təşkilat NATO-nun təbliğat vasitəsinə çevrilib. NATO-nun səyləri nəticəsində Alyans ölkələri AŞ daxilində gündəmi dəyişir”, – o deyib.
Zaxarova həmçinin vurğulayıb ki, NATO bu platformadan informasiya və siyasi kampaniyalar üçün istifadə etdiyi üçün AŞ çərçivəsində səmərəli və bərabərhüquqlu əməkdaşlıq mümkün deyil.