Rusiya ordusu müharibə başlayandan bu günə kimi sistematik olaraq Ukraynanın mülki infrastrukturunu məhv edib, artıq 3,5 min obyekt var.
Bu barədə Ukraynanın daxili işlər naziri Denis Monastırski bildirib.
“Ukraynada təcavüzkar 3 500 infrastruktur obyektini, o cümlədən 230 nəqliyyat infrastrukturunu, əhalinin yaşayışını təmin edəb elektrik yarımstansiyaları və qaz kəmərləri kimi 165 obyekti tamamilə və ya qismən dağıdıb”, – daxili işlər naziri qeyd edib.
Onun sözlərinə görə, dağılan obyektlər arasında Dövlət Fövqəladə Hallar Xidməti və Milli Polisin binaları var.
“Qismən və ya tamamilə dağıdılmış təhsil müəssisələrinin sayı 72-dir. İyirmi bir səhiyyə müəssisəsinə ziyan vurulub. Zərər görmüş yaşayış binalarının sayı hər gün dəyişir. İndi 2 700-dən çox dağıdılmış ev var. Sosial müəssisələrin sayı 10-dur. Digər obyektlər – onların arasında Dövlət Fövqəladə Hallar Xidməti, Milli Polis və s. binalar var – 400-dən çoxdur”, – nazir bildirib.