Prezident İbrahimbəyovun vida mərasiminə əklil göndərdi

0

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, xalq yazıçısı Rüstəm İbrahimbəyovun vida mərasiminə əklil göndərib.

Əklil dəfn zamanı mərhumun məzarı önünə qoyulacaq.

Xatırladaq ki, R.İbrahimbəyov 1939-cu il fevralın 5-də Bakı şəhərində anadan olub.

O, martın 10-dan 11-nə keçən gecə Rusiyanın paytaxtı Moskva şəhərində vəfat edib. Mərhumun cənazəsi martın 15-i Vətənə gətirilib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »