Ukrayna və Rusiya Ukraynanın demilitarizasiyası və denazifikasiyası üzrə danışıqlarda fasilə elan ediblər və UPA (Ukrayna Prezidentinin Adminstrasiyası) rəhbərinin müşaviri Mixail Podolyak bunu “texniki fasilə” adlandırıb.
O, müvafiq məlumatı şəxsi Telegram kanalı vasitəsilə yayıb.
“Danışıqlarda sabaha qədər texniki fasilə verilib. İşçi alt qruplarda əlavə iş və fərdi planların aydınlaşdırılması üçün”, – Podolyak bildirib.
Eyni zamanda, ukraynalı siyasətçi əmin edib ki, Rusiya ilə danışıqlar davam edir.
Fevralın 28-də Belarusun Qomel vilayətində ilk Rusiya-Ukrayna danışıqları keçirilib, görüş beş saat davam edib. İkinci tur martın 3-də Belovejskaya Puşçada baş tutub.
Martın 7-də Brest vilayətində nümayəndə heyətləri üçüncü dəfə görüşüblər. Martın 10-da Türkiyənin Antalya şəhərində keçirilən diplomatik forum çərçivəsində Rusiya və Ukrayna xarici işlər nazirləri Sergey Lavrov və Dmitri Kuleba arasında da görüş keçirilib.
Bir çox analitiklərin qeyd etdiyi kimi, danışıqların ləngiməsi hazırda Ukrayna prezidenti Vladimir Zelenskinin əleyhinə işləyir.