Ukrayna-Rusiya müharibəsi ilə bağlı qalmaqallı iddia irəli sürülüb. Məxfi və rəsmi sənədlərdən əldə edilən məlumata görə, Rusiyanın Ukraynaya təcavüzü zamanı istifadə etdiyi hərbi texnika Fransa tərəfindən gizli şəkildə Rusiyaya çatdırılıb. Fransa prezidenti Makron “müharibə əleyhinə” ritorika ilə çıxış edərkən, onun Rusiyaya hərbi texnika verməyə davam etməsi də diqqət çəkib.
Rusiya-Ukrayna müharibəsi davam edərkən, Qərb dünyasından bir-birinin ardınca müharibəni dayandırmaq çağırışları gəlirdi. Rusiyanın əlini zəiflətmək üçün, Avropa İttifaqına üzv ölkələr Rusiyaya qarşı ağır iqtisadi sanksiyalar elan ediblər. Bununla belə, Rusiya ordusunun Fransa tərəfindən təchiz edilməsi və Ukraynanın işğalında həmin texnikadan istifadə edilməsi ilə bağlı mübahisəli iddia irəli sürülüb.
Məxfi və rəsmi sənədlərə əsaslanan “Disclose” saytının xəbərinə görə, Fransa 2015-2020-ci illər ərzində Rusiya ordusunu ən müasir hərbi texnika ilə təchiz edib, bununla da Rusiya quru və hava qüvvələrini modernləşdirib.
Fransa 2015-ci ildən Rusiyaya 76 döyüş texnikası tədarük edib. Fransa parlamentinin hesabatına görə, bu avadanlıqların dəyəri 152 milyon avrodur.
Rusiyaya satılan avadanlıqlar arasında 1000-dən çox rus tankını təchiz etməyə yönəlmiş termal kameralar, Rusiya Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri və helikopterləri üçün naviqasiya sistemləri var. Bu avadanlıqları Fransa dövlətinin ən mühüm tərəfdaşı olduğu Thales və Safran şirkətləri satıb.
Termal kameralar gecə saatlarında insanları hədəfə ala və 10 kilometr məsafədən nəqliyyat vasitələrini aşkarlaya bilir. Thalesin sözlərinə görə, bu kameralar atəş açmaq qabiliyyətinə malikdir
Martın 4-də Rusiyanın Zaporiya Atom Elektrik Stansiyasına hücumu zamanı Ukrayna prezidenti Vladimir Zelenskinin “Rusiya tankları istilik kameraları ilə təchiz edilib” bəyanatına diqqət çəkilib. Bu kameralar Fransanın Thales və ya Safran şirkətlərinə aid ola bilər.
İDDİA EDİLƏN “DÖYÜŞ TƏYYƏYƏRLƏRİ SURİYA VƏ UKRAYNADA İSTİFADƏ EDİLİB”
Sosial mediada paylaşılan görüntülərdə Fransanın Rusiyaya satdığı “Matis STD” tipli termal kameraların hazırda Rusiyada olan “T-72”, “T-90” və “T-80” tipli 3 ədəd Rusiya tankı ilə təchiz edildiyi Ukraynada müharibəsində sübut olunub. Xəbərdə sözügedən görüntülər də paylaşılıb.
Bu kameralar 2014-cü ildə Donbasda Rusiya ordusu tərəfindən Ukraynaya qarşı istifadə edilib.
Fransa 2014-cü ildə Thales şirkətinin istehsalı olan 60 ədəd “SU-30” tipli döyüş təyyarəsinin satışı üçün, Rusiya ilə də müqavilə imzalayıb. Bu təyyarələr 2018-ci ilə qədər Rusiyaya çatdırılıb. Bu döyüş təyyarələrinin Suriyada onlarla mülki şəxsin ölümünə səbəb olduğu və Ukraynadakı müharibədə istifadə edildiyi iddia edilib. Sözügedən təyyarələr martın 5-də Ukraynanın şimal-şərqindəki Sumi, Nikolayev və Çerniqov vilayətlərinin hava məkanında görünüb.
ÇATDIRILMA EL ALTINDAN
Bu satışların Avropa İttifaqının (AB) 2014-cü il avqustun 1-dən etibarən Rusiyaya tətbiq etdiyi silah embarqosuna baxmayaraq, həyata keçirildiyi vurğulanıb. Silah tədarükü bu tarixdən əvvəl imzalanan müqavilə çərçivəsində həyata keçirilə bilər, lakin açıqlama verən AB Komissiyası, AB üzv ölkələrinin 2008-ci ildə qəbul edilən ortaq münasibətə hörmət etməli olduğunu və bu tədarüklərin dayandırılması lazım olduğunu söyləyib.
Makronun bir tərəfdən beynəlxalq aləmdəki gərginlik və münaqişələrdə diplomatik vasitələrə üstünlük verilməli olduğunu müdafiə etməsi, digər tərəfdən isə Rusiyaya silah tədarükünü davam etdirməsi “paradoks” kimi qiymətləndirilib. (AA)