Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi (ADİİM) İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Tolerantlığın, multikulturalizmin Azərbaycan modeli dünya mediasında” layihəsi çərçivəsində hazırladığı növbəti məqalə Rusiyanın nüfuzlu http://www.politrus.com-da (informasiya-analitik portalı) dərc olunub.
Yazıda Azərbaycanda yaşayan ruslar barədə geniş bilgi verilib. Qeyd olunub ki, Azərbaycan və Rusiyanı tarixən sıx dostluq əlaqələri bağlayır. Bu gün Azərbaycanda 119 mindən çox rus yaşayır, rusdilli məktəb və universitetlər, Rus Dram Teatrı, Bakı Slavyan Universiteti, beş Rus Pravoslav kilsəsi, o cümlədən bakılıların sevimli istirahət yeri olan bağ var ki, orada dahi rus şairi Aleksandr Puşkinin abidəsi ucaldılıb.
Bundan başqa, rus mədəniyyətinin və dilinin qorunması, məktəblərdə rus dilində tədris, Bakı Slavyan Universiteti kimi unikal təhsil ocağının yaradılması, rus dilində qəzet və jurnalların nəşri, saytın fəaliyyti barədə məlumatlar yazıda öz əksini tapıb. Ölkəmizdə bütün azsaylı xalqlara yüksək səviyyədə diqqət və qayğı, tolerantlıq və multikultural dəyərlərin qorunması ilə bağlı Azərbaycanda fəaliyyət göstərən Rus icması, kilsə rəhbərlərinin, ölkəmizə rəsmi səfərə gələn Rusiya dövlət rəsmilərinin fikirlərindən sitatlar gətirilib.
Yazının tam mətni ilə aşağıdakı linkdə tanış ola bilərsiz:
http://www.politrus.com/2022/03/10/azerbaycan-russia-40/