Amerikalı astronavt Mark Vande Hayın anası iki uşaq atası olan oğlunun BKS (Beynəlxalq Kosmir Stansiya) qalıb Rusiyanın “Soyuz” kosmik gəmisində Yerə qayıtmayacağından qorxaraq ağlayıb. Bu barədə “Mail on Sunday” xəbər verir.
“Bu, dəhşətli təhlükədir. Bunu ilk dəfə eşidəndə acı-acı ağladım. Bu çox narahatedicidir. Etdiyimiz tək şey dua etməkdir… Bu şok oldu. Onun həyat yoldaşı Julie Texasda çox narahatdır. Hazırda onun üçün çox çətindir” deyə 77 yaşlı astronavtın anası Meri bildirib.
Oğlunu 2017-ci ildə ilk altı aylıq uçuş üçün BKS-ə necə yola saldığını xatırlayan qadın dedi: “Müxtəlif ölkələrdən olan insanların birgə işləməsini görmək çox gözəl idi. Markın bütün astronavt və kosmonavtlarla əla münasibəti var idi”. Eyni zamanda astronavtın 80 yaşlı atası “Oğlumuzu belə qorxutmaq olmaz” deyib.
Bundan əvvəl Qərb mətbuatında Rusiyanın ABŞ-ı BKS-də əməkdaşlığı dayandıracağı və Mark Vande Heinin guya kosmosda qala biləcəyi ilə hədələməsi barədə məlumatlar yayılmışdı. Bu, Roskosmos-un rəhbəri Dmitri Roqozin stansiyanın Rusiya seqmentinin BKS-dən ayrılması ilə bağlı komik videonu Twitter-də yerləşdirdikdən sonra baş verib.
Daha sonra Roskosmos Rusiyanın Beynəlxalq Kosmik Stansiyada (BKS) üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcəyini və amerikalı astronavt Mark Vande Heinin martın 30-da Anton Şkaplerov və Petr Dubrovla birlikdə Rusiyanın Soyuz MS-19 kosmik gəmisində Yerə qayıdacağını planlaşdırıldığını açıqlayıb.