Ukraynalı general Dmitri Marçenko İfadələri qan dondurdu… ‘İt yemi olacaqlar!’

0

Rusiya-Ukrayna müharibəsi davam etdikcə, hər iki tərəfin itkiləri artır. Rusiya qüvvələri Qara dənizə gedən yolda Nikolayvin əsas strateji hədəfini mühasirəyə alarkən, regional qarnizon komandiri, ukraynalı general Dmitri Marçenko açıqlamaları ilə qanı dondurub. Təslim olanlara ədalətli rəftar vəd ediləcəyini deyən general, qalanının “it yemi” olacağını bildirib.

General Marçenko hərbi cinayətkarlara rəhm edilməyəcəyi barədə xəbərdarlıq edib və bölgədə öldürülən hər mülki şəxsə görə on rusu öldürəcəyinə söz verib.

General Marçenko dəf edilən hücumlardan sonra, küçələrin rus meyitləri ilə dolu olduğunu deyib.

Rusiyanın hücumunda çoxlu mülki vətəndaşın həlak olduğunu və kimin məsuliyyət daşıdığını açıq şəkildə bildiyini əlavə edən Marçenko əlavə edib: “Biz bu insanların kim olduğunu bilirik. Bizim üzləri görə biləcəyimiz fotoşəkillərdən ibarət çoxlu Amerikalı tərəfdaşlarımızın köməkliyi də daxil olmaqla, çoxlu kəşfiyyat məlumatlarımız var.. Biz onların hər addımını bilirik və izləyirik – ifadələrdən istifadə etmişdi.

‘QALANlAR  İT  YEMİ OLACAQ’

Təslim olan rus əsgərlərinin yaşamasına icazə veriləcəyini vəd edən Marçenko, “Biz də zəmanət veririk ki, rus tank ekipajları əsas silahları bizdən uzağa yönəldilmiş şəkildə sıramıza gəlsələr, onlara heç bir zərər gəlməyəcək” deyib. Hərbi cinayətkarlar üçün amnistiya yoxdur. “Əgər cinayət törədiblərsə, cinayət məsuliyyətinə cəlb olunacaqlar, amma sağ qalacaqlar. Qalanı isə it yemi olacaq”. deyib.

General Marçenko rus təcavüzkarlarının getdikcə daha çox zəiflədiyini bildirib:

“Biz gecə-gündüz onlarla vuruşuruq, heç yatmırıq. Onlar isə, səhərlər çaşqın və yorğun oyanırlar. Onların mənəvi-psixoloji durumu tamamilə pisləşib”.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »