SON DƏQİQƏ: Türkiyə Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulmayacaq

0

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bazar günü, martın 13-də keçirdiyi mətbuat konfransında hazırkı dünya gündəmindən danışıb. Xüsusilə, o, Ankaranın Rusiyaya qarşı sanksiyalara qoşulmayacağını, çünki “məhdudlaşdırıcı tədbirlər problemi həll etməyəcək” deyib.

İctimairey.az xəbər verir ki,Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri bildirib: –  “Bizim mövqeyimiz açıq və aydındır: sanksiyalar problemi həll etməyəcək”..

Bundan əlavə, Türkiyənin tanınmış diplomatı aydınlıq gətirib ki, Moskva ilə Kiyev arasında əsas məsələlərdə tədricən yaxınlaşma var.

“Bəzi məsələlərdə yaxınlaşma var, Rusiya lideri [Vladimir] Putin bu barədə danışıb. Biz də qeyd edirik. Amma ilk növbədə atəşkəsə nail olmaq lazımdır”.

O, həmçinin bildirib ki, Rusiya xarici işlər naziri Sergey Lavrovdan Türkiyə vətəndaşlarının Mariupoldan təxliyyəsi ilə bağlı kömək istəyib.

Danışıqlarımız zamanı mən Lavrovdan bu dəstəyi istədim”, – deyə Mövlud Çavuşoğlu bildirib.

Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz bir müddət əvvəl ölkəsinin bütün məsələləri diplomatiya yolu ilə həll etməyə çalışdığını bildirib. Ona görə də Rusiyaya qarşı sanksiyalar tətbiq etməyi planlaşdırmır.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »