Futbolçular arasında davanın qarşısı alındı. Əliyar Ağayev sakitləşdirib “Qəbələ” və “Zirə” komandaları arasında keçirilən Azərbaycan Premyer Liqasının XIX tur matçında insident baş verib.
IctimaiRəy.az-ın məlumatına görə, meydan sahiblərinin futbolçusu Fernan Lopesin qonaqların yarımmüdafiəçisi Ahmed Ayzayaya qarşı kobudluğundan sonra meydanda gərginlik yaşanıb. Lakin görüşün baş hakimi Əliyar Ağayev dərhal məsələyə müdaxilə edərək davanın qarşısını alıb. Qeyd edək ki, Qəbələ şəhər stadionundakı qarşılaşmada hazırda fasilədir. İlk hissədən sonra hesab açılmayıb.