Prokurorluq Melitopol Şəhər Şurasının deputatını dövlətə xəyanətdə suçlayıb

0

O, özünü şəhərin yeni başçısı elan edib və işğalçılara qarşı  müqaviməti dayandırmaq üçün, kampaniya aparır.

Baş Prokurorluq mer İvan Fedorovun yoxa çıxmasından sonra, ruslar tərəfindən şəhərin yeni meri təyin edilmiş Melitopol şəhər şurasının deputatı Qalina Danilçenkoya dövlətə xəyanətdə şübhəli bilindiyini açıqlayıb.

“İstintaqın məlumatına görə, Melitopol Şəhər Şurasının deputatı dövlətin suverenliyinə, ərazi bütövlüyünə, Ukraynanın toxunulmazlığına və informasiya təhlükəsizliyinə xələl gətirərək, hərbi vəziyyət şəraitində düşmən tərəfinə keçib”, – deyə prokurorluq bəyanat yayıb.

Belə ki, rus işğalçıları tərəfindən alınan tapşırığı yerinə yetirmək üçün, yerli hakimiyyət orqanlarının nümayəndəsi özünü “Melitopol meri kimi” elan edərək, Melitopol şəhəri və Melitopol bölgəsi ərazisində işğalçı hakimiyyətin təşkili və nizama salınması istiqamətində fəal tədbirlər həyata keçirib.

O, xüsusən də “Xalq Deputatları Komitəsi”nin yaradıldığını elan edərək, Ukrayna vətəndaşlarını onu dəstəkləməyə və şəhər sakinlərinin işğalçı hakimiyyətə müqavimətini dayandırmağa çağırıb.

Cinayət işi üzrə ibtidai istintaqı SBU-nun Zaporojye vilayəti üzrə şöbəsi aparır.

Xatırladaq ki, müharibə şəraitində dövlətə xəyanət 20 il ömürlük həbslə cəzalandırılır.

Qeyd edək ki, İvan Fedorov martın 11-də işğalçılarla əməkdaşlıqdan imtina etdiyi üçün oğurlanıb. Başına qara torba keçirərək, naməlum istiqamətə aparıblar.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »