Ukraynada müharibədən əziyyət çəkən vətəndaşların ərzaq və geyim təminatı üçün diaspor fəalımız Lvov şəhərində yarmarka təşkil edib.
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) Lvov üzrə nümayəndəsi bildirib ki, şəhərin mərkəzi dəmiryolu vağzalında təşkil olunan yarmarkada ehtiyacı olan insanlara pulsuz olaraq paltar və yeməklər paylanılır. Bu yarmarka bir neçə gün davam edəcək. Həmçinin şəhərin digər hissələrində də belə yarmarkaların təşkili nəzərdə tutulur.
Qeyd edək ki, müharibə başlayandan bəri diaspor fəallarımız və soydaşlarımız Ukraynanın bir çox şəhərlərində bu cür aksiyalar keçirirlər.
Şəhriyar Məhərrəmov AZƏRTAC