İşğalçılar terrorun yeni mərhələsinə keçdilər – Melitopol şəhərinin merini ələ keçirdilər.
Bunu Ukrayna Prezidenti Vladimir Zelenski videomüraciətində deyib.
O qeyd edib ki, bu gün Melitopolda işğalçılar Ukraynanı və icmasındakı insanları cəsarətlə müdafiə edən şəhərin meri İvan Fedorovu əsir götürüblər.
“Açığı, bu, işğalçıların zəifliyinin əlamətidir. Onlar bizim torpağımızda heç bir dayağa rast gəlmədilər. Baxmayaraq ki, buna çox inanırdılar, ümid edirdilər. Çünki illərlə öz-özlərinə yalan danışıblar ki, guya Ukraynada Rusiyanı gözləyirlər. Onlar özlərinə şəhərləri və hakimiyyəti təslim edəcək kolloborant – əməkdaşlar tapmadı”, – deyə Zelenski vurğulayıb.
Onun sözlərinə görə, buna görə də işğalçılar “Ukraynanın qanuni yerli hakimiyyət orqanlarının nümayəndələrini fiziki cəhətdən aradan qaldırmağa çalışdıqları” terrorun yeni mərhələsinə keçiblər.
Eyni zamanda o qeyd edir ki, istənilən demokratik dövlət üçün, qanunla seçilmiş şəhər merinin xalqın əsl nümayəndəsi olması aydındır.
“Adətən bu, ideologiyadan, siyasətdən deyil, konkret cəmiyyətdəki insanların həyatından gedir. Ola bilsin ki, Rusiyada onlar bu vərdişlərini avtokratik hakimiyyət illərində artıq itiriblər. Ola bilsin ki, onlar merin sadəcə bir patron olduğunu və onun asanlıqla aradan götürülməsinin boş bir şey olduğunu hesab edir” Zelenski deyib.
Eyni zamanda o, vurğulayıb ki, “bizim burada Ukrayna var. Bizdə Avropa var. Burada demokratik dünya var. Ona görə də Melitopol merinin ələ keçirilməsi, təkcə konkret şəxsə qarşı cinayət deyil. Təkcə konkret şəxsə qarşı deyil, həm də təkcə Ukraynaya qarşı deyil”.
“Bu, demokratiyaya qarşı cinayətdir. Sizi əmin edirəm ki, bütün demokratik ölkələrdə insanların 100%-i bundan xəbərdar olacaq. Rusiya işğalçılarının hərəkətləri İŞİD terrorçularının hərəkətləri ilə eyniləşdiriləcək”, – Zelenski vurğulayıb.
Prezident vurğulayıb ki, Xerson, Berdyansk və digər şəhərlər tabe olmadığı kimi, Melitopol da işğalçılara tabe olmayıb: “İndiyə qədər rus qoşunlarının girə bildiyi yerlər müvəqqətidi. Bunu isə, bələdiyyə başçıları və ya bələdiyyə sədrlərinin oğurlanması, hərbçilərə təzyiqlə dəyişmək olmaz. Bu işğalçılar üçün vəziyyəti daha da pisləşdirə bilər”.
O vurğulayıb ki, Ukrayna Melitopol merinin dərhal azad edilməsini tələb edir və ölkəmiz boyu bütün icma başçılarının tam təhlükəsizliyinə zəmanət verir.
“Əgər siz İŞİD terrorçularının analoquna çevrilirsinizsə, onda sizinlə ümumiyyətlə hər hansı bir mövzuda danışmağın nə mənası var? Biz bu məsələni, o cümlədən Moskva ilə əlaqə saxlayan beynəlxalq vasitəçilərin qarşısında qaldıracağıq”, – Zelenski deyib.