Taliban: Əfqanıstanda müxalifət yalnız internetdə mövcuddur, onlar boş-boş danışırlar

0

Əfqan müxalifətinin gələn yazda hücuma başlamaq təhdidləri qəbuledilməzdir, bütün “milli müqavimət” yalnız internetdə mövcuddur. Ariana News xəbər verir ki, bunu bu gün, martın 11-də Əfqanıstan İslam Əmirliyinin (ƏİƏ) Müdafiə Nazirliyinin nümayəndəsi Enayatullah Xovarazmi bildirib.

Xovarəzminin sözlərinə görə, son 7 ay ərzində ƏİƏ hökuməti istənilən təhlükəyə qarşı tədbirlər görüb və heç bir qrup Əfqanıstanda heç bir əraziyə nəzarət etmir.

“Bütün sahələr bizim nəzarətimizdədir. Heç bir hərəkət və ya qrup heç bir əraziyə nəzarət etmir. Sadəcə internet müqaviməti var”, – deyə Xovarəzmi bildirib.

O, həmçinin ictimaiyyətdən dəstək görməyən İŞİD terror qruplaşmasından heç bir təhlükənin olmadığını bəyan edib.

İndi Taliban döyüşçüləri çoxlu sayda silah ələ keçirdiklərini iddia edərək, Kabildə axtarışları davam etdirirlər.

Bundan əvvəl Əfqanıstan Milli Müqavimət Cəbhəsi (MMC) bu yazda hücuma hazırlaşdığını açıqlamışdı. Əfqan siyasi ekspert Rəhmətullah Həsən hesab edir ki, Əfqanıstanda münaqişənin yeni mərhələsinin baş verməməsi üçün, tərəflər danışıqlara başlamalıdır.

“40 illik müharibə kifayətdir, xalqa çoxlu iztirablar gətirdi… biz təklif edirik ki, Taliban rəhbərliyi ciddi razılığa gəlmək üçün Əfqanıstandaxili ciddi danışıqlara başlasın. Düşməninizlə az da olsa, ehtiyatlı olmalısınız, baxmayaraq ki, onları zəif hesab edirsiniz”, – Həsən deyib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »