SON XƏBƏR: Türkiyə səfirliyini Kiyevdən Çernovtsiyə köçürür

0

Anadolu agentliyinin bu gün, martın 11-də verdiyi məlumata görə, Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Tanju Bilgiç Türkiyənin Ukraynadakı səfirliyinin köçürüldüyünü açıqlayıb.

O, elan edib:

“Kiyevdəki səfirliyin bağlanmasından söhbət gedə bilməz”.

Onun sözlərinə görə, səfirlik və işçi heyəti Kiyevdən Çernovtsıya köçəcək. Bu qərar Kiyevin atəşə tutulması səbəbindən təhlükəsizlik məqsədilə qəbul edilib.

Qeyd edək ki, bundan əvvəl Türkiyə prezidentinin Rusiyanın Ukrayna və Qərblə münasibətləri ilə bağlı söylədiyi fikirlər barədə məlumat vermişdi.

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »