Baydenin fərmanı ABŞ dolları əskinaslarının Rusiyaya ixracını, satışını və çatdırılmasını qadağan edib.
Bundan əvvəl, Avropa İttifaqı sanksiya məhdudiyyətləri çərçivəsində Rusiya Federasiyasına nağd avronun idxalına qadağa qoyub. Məhdudiyyətlər “Avro ilə ifadə edilmiş əskinasların Rusiyaya və ya Rusiyadakı hər hansı fiziki və ya hüquqi şəxsə, təşkilat və ya orqana satışına, tədarükünə, köçürülməsinə və ixracına aiddir.
Bundan əlavə, Bayden Rusiyadan alkoqol, brilyant və dəniz məhsullarının idxalını, eləcə də ölkəyə lüks malların ixracını məhdudlaşdırıb.