Putinin bu addımı müharibənin gedişatını dəyişə bilər! “Kimyəvi silaha qarşı NATO müdaxilə edəcək”- FOTO
Rusiyanın Ukraynada kimyəvi silahdan istifadə edəcəyi iddiası iki gündür dünyanın manşetlərində yer alarkən, İngiltərənin müdafiə naziri Ceyms Heappey kimyəvi silahların qırmızı xətt olduğuna diqqət çəkib və belə bir vəziyyətdə NATO-nun müdaxiləsi hər şeyin dəyişə biləcəyini iddia edib. Müharibədə iştirak etməyəcəyini təkidlə bildirən NATO münaqişəyə müdaxilə etməli olarsa, müharibədə bütün balanslar dəyişə bilər.
Rusiya-Ukrayna müharibəsinin 16-cı gününə girdiyimiz bir vaxtda ağır toqquşmalar və Rusiya qüvvələrinin bombardmanları davam edir. Müharibə başlayandan bəri Rusiya prezidenti Putin gözlənilməz müqavimətlə qarşılaşıb. Ukrayna ordusu və xalqının müqaviməti, ordusundakı texniki nasazlıqlar, təchizat və yanacaq problemləri Putinə ümid etdiyi tərəqqini gətirmədi.
DÜNYADA KİMYƏVİ SİLAH İDDİASI
ABŞ dünən “Ukrayna ilə müharibədə uduzmağı gözə ala bilməyən” Putinin yeni yollara əl ata biləcəyini açıqlayıb. Ağ Evin sözçüsü Cen Psaki Rusiyanın Ukraynada kimyəvi və ya bioloji silah hücumu planlaşdırdığını iddia edib.
Gündəmə bomba kimi düşən iddiaya İngiltərə Baş naziri Boris Conson da qoşularaq, “Kimyəvi silahlarla bağlı eşitdikləriniz, birbaşa Putinin oyun kitabından çıxıb” deyərək, Rusiya üçün “kinli, barbar bir hökumət” ifadəsini işlədib.