Müdafiə Nazirliyi ilk dəfə olaraq Rusiya Silahlı Qüvvələrinin nəzarətinə keçən ərazilərin xəritəsini nümayiş etdirib.- FOTO
Rusiya Müdafiə Nazirliyi ilk dəfə olaraq Ukraynanın Rusiya Federasiyası Silahlı Qüvvələrinin (SQ) nəzarətinə keçən regionlarının xəritəsini nümayiş etdirib. Bu barədə idarənin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov məlumat verib.
O qeyd edib ki, xüsusi əməliyyat zamanı Ukraynanın 3346 hərbi infrastruktur obyekti sıradan çıxıb. 121 pilotsuz uçuş aparatı, 1067 müxtəlif zirehli texnika, 114 raket sistemi, 412 silah və minaatan, 862 hərbi texnika məhv edilib.
Onun sözlərinə görə, geri çəkilmə zamanı millətçilər digər silah və sursatlarla birlikdə İqla zenit raket kompleksini də tərk ediblər.
“Gün ərzində Rusiya Aerokosmik Qüvvələrinin aviasiya və hava hücumundan müdafiəsi havada üç pilotsuz uçuş aparatını, o cümlədən iki Bayraktar TB-2-ni vurub”, – Konaşenkov bildirib.
Fevralın 24-də Rusiya prezidenti Vladimir Putin Donbassda xüsusi əməliyyatın keçiriləcəyini elan edib. Belə ki, Rusiya Donetsk və Luqansk Xalq Respublikalarının (DNR və LNR) rəhbərlərinin hərbi yardım tələblərinə cavab verib.