Mariupolun mülki əhalisi kömək üçün yalvarır və şəhəri tərk etmək imkanı verilməsini xahiş edir. Şəhərdə döyüşlər getdikcə şiddətlənir. Artıq humanitar fəlakət başlayıb.
İctimairey.az xəbər verir ki, bu barədə hadisə yerindən olan mənbələr məlumat verib.
“Adamlar, yazan hər kəs, Marikada (Mariupolda) vəziyyət necədir? Deyim ki, vəziyyət hər gün daha da pisləşir. Artıq şəhərdə pulemyotlardan atışma başladı. Hər gün avtomatlardan titrəməni hiss edirəm və bu məni çox qorxudur. Şəhər cəsədlərlə doludur … Çox ümid edirəm ki, hər şey tezliklə bitəcək, çünki belə davam edərsə, qorxuram ki, nə insanlar, nə də şəhər mövcud olacaq…”
Mariupol sakinlərinin sosial şəbəkələrdəki səhifələri (şəhəri tərk etməyə müvəffəq olan) qohumları və dostlarını tapmaqda kömək üçün müraciətlərdən ibarətdir. Onlardan biri, üzərində əməliyyat olunmuş qadının fotoşəkili paylaşaraq yazır:
“St. Nijnie Adzhakhi, 152 ünvanda yaşlı valideynlər (Şeludçenko Nadejda Viktorovna, Qonçarov Aleksandr Nikolayeviç) qalıb. Döyüşlərin başlamasından bir gecə əvvəl həyata keçirilən əməliyyatdan sonra, o şəhər xəstəxanasından hərbçilərə yer açmaq üçün qovulub. Martın 5-dən onlarla əlaqə kəsilib. Zəhmət olmasa yoxlayın və mümkünsə hər hansı yardım göstərin (dərmanlar: ağrıkəsicilər, qızdırma, spirt/xlorheksidin, iltihab əleyhinə məlhəmlər/tabletlər, sarğılar; SU). Hər hansı bir məlumat üçün minnətdar olaram!”
“Mariupoldan 40 km qərbdə yerləşən Urzuf kəndindən bildirilir ki, bu gün partlayışlardan, atılan toplar o həddə çatır ki, beş-altı yaşlı körpə uşaqlar (artıq bombalara alışıb və zirzəmilərdə yerləşməyə öyrəşiblər) qulaqlarını bağlayır və yerə uzanır.”
“Deyəsən “Azov”dan olan nasistlər bir vaxtlar gözəl olan bu şəhəri dəfn etmək istəyirlər.”
“İşğaldan azad edilmiş ərazilərdə də vəziyyət ağırdır. İnsanlar pulla belə mağazadan ərzaq ala bilmirlər. Humanitar yardım çatdırılmır. Qaz xətti qırılıb. Yerli xidmətlər onu tezliklə bərpa etməyəcəklərini deyirlər. İnsanlar çöl zonasında praktiki olaraq mövcud olmayan odunla, evləri soba qalayaraq qızdırırlar. Çöldə soyuqdur. Gündüz sıfıra yaxın, yağışlı qar, gecə şaxta.”
“Dəniz tərəfdən bizim kəndlərdə sakitlikdir. Qaz, benzin, dərman yoxdur, dükanlarda da yemək yoxdur, körpülər, kəndlərarası yollar dağıdılıb. Amma kənddə sağ qala bilərsən, əsas odur ki, bombalanmasın. Mariupolda cəhənnəmdir. Şəhər haqqında xəbərlərdə gördüklərim və oxuduqlarım sadəcə həqiqətdən çox uzaqdır… Şəhərdə bir dənə də olsun bütöv ev qalmayıb. İnsanlar yeməklərini odda bişirirlər, nə qalıbsa. Uşaqlar aclıqdan və soyuqdan xəstələnirlər. Ölənlər gül bağlarında, parklarda, həyətlərdə basdırılır…”