Səudiyyə Ərəbistanı 33 ildən sonra, Taylanda səyahət qadağasını ləğv edərək, Taylandlıların ölkəyə daxil olmasına icazə verdi.
1989-90-cı illərdə Ər-Riyad və Banqkok hökumətləri arasında yaranmış diplomatik böhranın həlli çərçivəsində daha bir addım atıldı.
Səudiyyə Ərəbistanının SPA xəbər agentliyinin məlumatına görə, Pasportlar Baş İdarəsi Səudiyyə Ərəbistanı vətəndaşlarının Taylanda səyahət qadağasının qaldırıldığını və Taylandlıların ölkəyə girişinə icazə verildiyini açıqlayıb.
Səudiyyə Ərəbistanı 1989-cu ildə daş-qaş oğurluğu ilə bağlı diplomatik mübahisədən sonra, Tailandla münasibətləri aşağı salmışdı. Bir il sonra Taylandda bir gecədə üç Səudiyyə diplomatı öldürülüb.
İki ölkə bu ilin əvvəlində diplomatik münasibətləri bərpa etmək barədə razılığa gəliblər.
Tailandın baş naziri və müdafiə naziri general Prayut Çan-oçanın yanvarın 25-də Səudiyyə Ərəbistanına səfəri zamanı iki ölkənin paytaxtlarına qarşılıqlı səfirlərin təyin edilməsi və ikitərəfli əməkdaşlığın gücləndirilməsi üçün, məsləhətləşmə mexanizmlərinin yaradılması ilə bağlı qərarlar qəbul edilib.
Səudiyyə Ərəbistanı Hava Yolları da fevralın 27-də Ciddədən Banqkoka ilk birbaşa uçuşların başladığını elan etdi.