Parisdə işgüzar səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ilə qeyri-rəsmi görüş keçirib və tərəflər Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər.
İctimairey.az xəbər verir ki, bu barədə martın 10-da Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
“Həmsöhbətlər Ermənistan-Avropa İttifaqı əməkdaşlığı gündəliyinin müxtəlif məsələlərini müzakirə ediblər. Dağlıq Qarabağ ətrafında vəziyyətə toxunulub. Baş nazir Ermənistan-Azərbaycan sərhədində və Artsaxda (tanınmamış Dağlıq Qarabağ Respublikası) mövcud vəziyyət barədə məlumat verib və Azərbaycanın son günlər törətdiyi təxribat hərəkətlərini qəbuledilməz adlandırıb”, – məlumatda deyilir.
Tərəflər beynəlxalq aləmdə baş verən proseslərlə bağlı da fikir mübadiləsi aparıblar.