PROQNOZ: Neft embarqosunun Rusiyaya təsiri necə olacaq? – FOTO

0

ABŞ Nümayəndələr Palatasının Rusiyadan neft idxalına qadağa qoyulması istiqamətində atdığı addımlardan sonra, dünya bazarında neft 140 dollara çatıb. 2008-ci ildən bəri ən yüksək səviyyəyə çatan neft qiymətlərinin yüzdə 7 faizi ilə dünyanın ən böyük neft ixracatçısı olan Rusiyaya gətiriləcək yeni embarqondan sonra daha da artacağı və 185 dollar səviyyəsinə yüksələcəyi gözlənilir. Rusiyaya tətbiq olunacaq sanksiyaların neft qiymətlərinə və dünya iqtisadiyyatına təsirləri burada.

ABŞ Konqresinin Nümayəndələr Palatasının Ukrayna müharibəsinə görə, Rusiyaya qarşı neft və enerji sanksiyalarını ehtiva edən qanun layihəsi üzərində işlədiyini açıqlamasından sonra, neftin qiyməti son 14 ilin ən yüksək səviyyəsinə qalxaraq 140 dollara çatıb.

Gündə təxminən 7 milyon barellə dünyanın ən böyük xam neft ixracatçısı olan Rusiyaya tətbiq edilməsi planlaşdırılan embarqodan sonra, neft qiymətlərinin daha da artacağı gözlənilir.

Mütəxəssislər mümkün nəticələri sadalayaraq, qlobal tədarükün 7 faizinə sahib olan Rusiyaya tətbiq olunacaq qadağanın “görünməmiş” olacağını bildiriblər:Dünyayı ne bekliyor

QİYMƏTLƏRİ QEYD EDİlİB

Rusiyanın Ukraynaya hücumundan sonra, qərb hökumətləri bu ölkəyə qarşı bir çox sanksiyalar tətbiq edib, eyni zamanda Rusiyanın enerji sektoruna birbaşa sanksiyalar tətbiq etməməklə mümkün risklərdən qaçıb.

Dünyanın ən böyük banklarından biri olan JP Morgan Rusiyanın neft ixracatındakı fasilənin uzun müddət davam edəcəyi təqdirdə, 2022-ci ilin sonuna qədər neftin bir barelinin qiymətinin 185 dollara çata biləcəyini açıqlayıb.

Neft qiymətləri sonuncu dəfə 2014-cü ildə 100 dolları keçib və bazar ertəsi əldə edilən səviyyələr 2008-ci ilin iyulunda 147 dollardan çox olan zirvəsinə çox yaxın olub.

“Xammal tədarükünün geniş şəkildə pozulması ilə uzun sürən müharibə Brent-in bir barel üçün 150 dollardan yuxarı qalxmasına səbəb ola bilər”, – əmtəə analitiki Qiovanni Staunovo bildirib.Rusya'ya petrol ambargosunun etkileri ne olacak? | Ntv Para

İNFLYASİYA ŞOKU

Rusiyanın Ukraynaya qarşı müharibəsinin iqtisadi yansımalarından biri də onun inflyasiyaya təsiri idi.

Təbii qaz qiymətlərinin bütün zamanların ən yüksək həddinə çatması ilə artan enerji xərclərinin qarşıdakı aylarda Atlantik okeanının hər iki tərəfində inflyasiyanın 7 faizdən yuxarı qalxacağı və ev ölkələrin  alıcılıq qabiliyyətinə dərindən təsir edəcəyi gözlənilir.

Ümumi qayda olaraq, neftin avroda qiymətinin hər 10 faiz artması Avro bölgəsində inflyasiyanı 0,1-0,2 faiz artırır.

Yanvarın 1-dən etibarən Brent markalı neft avro ifadəsində təxminən 80 faiz bahalaşıb, ABŞ-da neft qiymətlərindəki hər 10 dollar artım inflyasiyanı 0,2 faiz  artırıb.

Əsas neft və qaz tədarükçüsü olmaqla yanaşı, Rusiya dünyanın ən böyük taxıl və gübrə ixracatçısı və ən böyük palladium, nikel, kömür və polad istehsalçısıdır.

Ekspertlər Rusiyaya qarşı tətbiq edilən və həyata keçirilməsi planlaşdırılan embarqoların və ölkə iqtisadiyyatının ticarət sistemindən çıxarılması təklifinin sənayenin geniş spektrinə təsir edəcəyini və qlobal ərzaq təhlükəsizliyi qorxusunu artıracağını vurğulayıblar.Rusya'ya petrol ambargosunun etkileri ne olacak? | Ntv Para

BÖYÜMƏ TƏHLÜKƏSİ

Rusiyanın neft ixracına qoyulan qadağanın qlobal koronavirus pandemiyasından sağalmanı daha da yavaşlatacağı proqnozlaşdırılır.

Avropa Mərkəzi Bankının (ECB) ilkin hesablamaları göstərir ki, müharibə bu il avro zonasının artımını baza ssenarisində 0,3-0,4 faiz, ağır şok zamanı isə 1 faiz azalda bilər.

Mütəxəssislər önümüzdəki aylarda yüksək staqflyasiya və ya yüksək inflyasiya riski ilə artım riskinin çox az və ya minimal olduğunu deyirlər.

Bununla belə, vurğulanır ki, əmtəə qiymətləri azalsa belə, Avro bölgəsində artımın güclü qalacağı ehtimalı var, ABŞ-da isə neft qiymətlərindəki hər 10 dollar artımın 0,1 faiz azaldacağını təxmin edir.

Digər tərəfdən JP Morgan, Rusiyanın qarşılaşdığı sanksiyalardan sonra, iqtisadiyyatının 12,5% daralacağını proqnozlaşdıracağını söyləyib.

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »