Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov Yaponiya hakimiyyəti nümayəndələrinin bölgəyə girişini bağladığını elan edib.
İctimairey.az xəbər verir ki, o, öz Telegram kanalında Tokionun ona qarşı sanksiyalar tətbiq etməsinə belə reaksiya verib.
Kadırov təəssüflə bildirib ki, “əsrlər boyu əxlaq və nəcib davranış ənənələrinə malik olan, bütün dünyadan həmişə fərqlənən “Buşido” ölkəsi birdən-birə Avropanın altına girib”. O qeyd edib ki, Yaponiya hakimiyyəti ona ölkədə maliyyə fəaliyyətinə qadağa qoyub, həmçinin onun “Yaponiyada heç vaxt malik olmadığı” aktivlərini dondurub.
Çeçenistan lideri vurğulayıb ki, o, Yaponiya hakimiyyətinə respublika ərazisinə yalnız “Braquny və Samaşki kəndlərindəki psixiatriya xəstəxanalarına” baş çəkmək üçün icazə verəcək. O, əlavə edib ki, “heç bir ölkənin heç bir sanksiyasına əhəmiyyət vermir”.