Ukrayna NATO-ya üzv olmaqdan imtina etdi
Rusiya ilə danışıqlarda Ukrayna nümayəndə heyətinin üzvü David Arakhamia bildirib ki, Ukrayna NATO-ya üzvlük uğrunda mübarizədən imtina edir.
İctimairey.az URA.RU-ya istinadən yazır ki, bu, təşkilatın yaxın 5-10 ildə Ukraynanın üzvlüyünə qəbulunu nəzərdən keçirməməsi ilə bağlıdır.
“NATO yaxın 5-10 ildə Ukraynanın daxil olmasını müzakirə etməyə hazır deyil. Biz qoşulmaq məqsədi ilə, ərizə vermək üçün mübarizə aparmayacağıq” – Arakhamianın Amerikanın Fox News kanalına müsahibəsində deyilir. Eyni zamanda, NATO-ya daxil olmaq planları Ukrayna konstitusiyasında öz əksini tapıb.
Bundan əvvəl Rusiya ABŞ və NATO-ya təşkilatı şərqə doğru genişləndirməmək, yəni Ukraynanı onun tərkibinə daxil etməkdən imtina etmək tələblərini irəli sürüb. Lakin NATO heç bir zəmanət verməkdən imtina edib.