PROQNOZ: Müharibənin bitməsi üçün üç ssenari var

0

Proqnozlara görə, birinci ssenari ən ağırıdır. Digər ikisi nisbətən  yumşaqdır, lakin ən az ehtimal olunandır.

Rusiya qoşunlarının Ukrayna ərazisinə daxil olmasından sonra, hadisələrin gələcək inkişafı üçün üç ssenari var.

İctimairey.az xəbər verir ki, bunu “The New York Times” amerikalı ekspert Tomas Fridman deyib.

Proqnozlara görə, birinci ssenari ən ağırıdır. Digər ikisi daha yumşaqdır, lakin ən az ehtimal olunanıdır.

Birinci ssenari:

Ekspert hesab edir ki, Qərb Putini dayandıra bilməsə, o, Ukraynanı yer üzündən silməyə gedəcək. Bu ssenari Avropanın nasist dövründən bəri görmədiyi miqyasda müharibə cinayətlərinə səbəb ola bilər.

“Müasir qloballaşan dünya heç vaxt bu səviyyədə hərbi cinayətlərdə ittiham olunan, ölkəsi 11 saat qurşağını əhatə edən, dünyanın ən böyük neft və qaz tədarükçülərindən biri olan və ən böyük nüvə başlıqları arsenalına malik olan liderlə qarşılaşmalı olmayıb.” Fridman yazır.

İkinci ssenari:

Rusiyaya qarşı iqtisadi sanksiyalar qüvvəyə minəcək və hər iki tərəf güzəştə getməyə məcbur olacaq. “Atəşkəs və Rusiya qoşunlarının çıxarılması müqabilində Ukraynanın faktiki olaraq Rusiyanın nəzarətində olan şərq ərazisi rəsmi olaraq Rusiyaya veriləcək və Ukrayna heç vaxt NATO-ya qoşulmayacağına açıq şəkildə söz verəcək. ABŞ və müttəfiqləri Rusiyaya qarşı bu yaxınlarda tətbiq edilmiş bütün iqtisadi sanksiyaları geri götürməyə razı olacaqlar”, – ekspert yazır.

Ekspertin fikrincə, bu ssenari çətin ki baş tuta, ona görə ki, bu, o,  Putindən faktiki olaraq tələb edəcək ki, Ukraynanın reinteqrasiyası ilə bağlı öz vizyonunu reallaşdıra bilmədiyini etiraf etsin.

Üçüncü ssenari:

Ən çətin ssenari rusların ayağa qalxıb Putini devirməsidir.

“Minlərlə insan artıq Putinin çılğın müharibəsinə etiraz etmək üçün, küçələrə axışır. Onlar bunu öz təhlükəsizliklərini riskə ataraq edirlər. Və bunu söyləmək hələ tez olsa da, əgər bu kütləvi hərəkatda insanlar qorxu səddi adlandırılan maneənin aşaraq, nəhayət, Putinin hakimiyyətinə son qoya bilib-bilməyəcəyinə düşünməyi vadar edir”, – ekspert qeyd edib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »