Manaf Ağayevi Füzuliyə buraxan polis polkovniki işdən QOVULDU

0

Müğənni Manaf Ağayevin Füzuliyə qanunsuz səfərinə görə polis polkovniki xidmətdən kənarlaşdırılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

“Bu il fevralın 17-də müğənni Manaf Ağayevin işğaldan azad edilmiş ərazilərə qanunsuz keçməsi ilə əlaqədar Daxili İşlər Nazirliyində aparılan xidməti yoxlama nəticəsində müvafiq fəaliyyət sahəsinə cavabdehlik daşıyan Nazirliyin vəzifəli şəxsi – polis polkovnik-leytenantı N. Nəbiyevin vəzifə səlahiyyətlərinin icrasında sui-istifadəyə yol verdiyi müəyyən edilib və o, daxili işlər orqanlarında xidmətdən xaric olunub”, – məlumatda qeyd olunub.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »