Rusiyanın təklifinə uyğun olaraq humanitar dəhlizlərin açılması Ukrayna tərəfi üçün qəbuledilməzdir. Bu mövqeyi bazar ertəsi baş nazirin müavini, nəzarət olunmayan ərazilərin reinteqrasiyası üzrə naziri İrina Vereşçuk deyib.
“Bu, humanitar dəhlizlərin açılması üçün qəbuledilməz variantdır”, – o, brifinqdə deyib
Qeyd edək ki, 06.03 2022 tarixdə, dünən Rusiya Ukraynanın 4 şəhərindən humanitar dəhliz açılması üçün təklif verib.
“Kiyev, Xarkov, Sumı və Mariupol şəhərlərində fəlakətli humanitar vəziyyətin və onun kəskin kəskinləşməsini nəzərə alaraq, habelə Fransa Respublikasının Prezidenti Emmanuel Makronun Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putinə şəxsi müraciəti əsasında, Rusiya Silahlı Qüvvələri humanitar məqsədlər üçün, 7 mart 2022-ci il saat 10:00-dan etibarən sükut rejimi və açıq humanitar dəhlizlər elan edir”, – deyə məlumatda bildirilib.