Samuxda bədbəxt hadisə zamanı ağır xəsarət alan FHN əməkdaşı ölüb

0

Samuxda bir neçə gün əvvəl baş vermiş bədbəxt hadisə nəticəsində ağır xəsarət alan FHN əməkdaşı müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

İctimairey.az Qərb bürosunun məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Samux rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşı 1991-ci il təvəllüdlü T.Məmmədov iş zamanı bədbəxt hadisə nəticəsində ağır kəllə-beyin travması alıb.

Fevralın 25-dən Gəncə şəhərində yerləşən xəstəxanaların birində müalicə alan T.Məmmədovun həyatını xilas etmək mümkün olmayıb.Report

Leave A Reply

Your email address will not be published.

Tərcümə »