Putin Ərdoğana Ukraynada xüsusi əməliyyatların dayandırılmasının şərtlərini açıqlayıb

0

Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana Donbasın mühafizəsi üzrə xüsusi hərbi əməliyyatın gedişi barədə məlumat verib. Bu barədə Kremlin mətbuat xidmətindən xəbər verilib.

Söhbət zamanı Rusiya lideri məqsəd və vəzifələrin nədən ibarət olduğunu açıqlayıb. Xüsusilə, Putin xüsusi əməliyyatın dayandırılmasının hansı şərtlər altında mümkün olduğunu qeyd edib.

“Xüsusi əməliyyatın dayandırılması yalnız Kiyevin hərbi əməliyyatları dayandırması və Rusiyanın məlum tələblərini yerinə yetirməsi şərtilə mümkündür”, – Kremlin bəyanatında deyilir.

Putin Ərdoğanla söhbətində bildirib ki, Rusiya Silahlı Qüvvələri Ukraynada sakinlərin təhlükəsizliyi üçün, hər şeyi edir, zərbələr yalnız hərbi obyektlərə endirilir.

Prezident ümid etdiyini bildirib ki, Rusiya ilə danışıqların yeni raundu zamanı Kiyev reallıqları nəzərə alacaq və  daha konstruktiv yanaşma nümayiş etdirəcək.

Ərdoğan da öz növbəsində Qərbin Rusiyaya və onun mədəniyyətinə qarşı ayrı-seçkilik kampaniyasına tənqidi qiymət verib.

Bundan əvvəl DXR bəyan etmişdi ki, Ukrayna tərəfi Mariupol və Volnovaxada sükut rejiminə zəmanət verməkdən imtina edib.

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »