Gəncədə növbəti “GƏNCƏSƏNƏT” – Gəncə incəsənət, sənətkarlıq və yaradıcılıq sərgi-yarmarkası baş tutub – FOTO

0

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə İctimai İştirakçılıq Məclisinin təşəbbüsü, Gəncə Regional Mədəniyyət İdarəsi, Gəncə Destinasiya Menecmenti Təşkilatı və digər tərəfdaş qurumların dəstəyi ilə növbəti dəfə “GƏNCƏSƏNƏT” – Gəncə incəsənət, sənətkarlıq və yaradıcılıq sərgi-yarmarkası baş tutub.Нет описания.

“GƏNCƏSƏNƏT” baharı yeni nəfəslə qarşılayır!” devizi ilə təşkil olunan sərgi-yarmarka Gəncə Dövlət Filarmoniyasının yaxınlığındakı “Urban” Mərkəzində baş tutub. Sərgi-yarmarkada Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, Gəncə Destinasiya Menecmenti Təşkilatının direktoru Zaur Bayramov və başqaları iştirak ediblər.Нет описания.

“GƏNCƏSƏNƏT” – Gəncə incəsənət, sənətkarlıq və yaradıcılıq sərgi-yarmarkasında Gəncə şəhəri və Qərb regionunda yaşayan sənətkarlara, rəssamlara aid bir çox növdə sənətkarlıq və rəngkarlıq nümunələri, həvəskar şəkildə yaradıcılıqla məşğul olan şəxslərin müxtəlif janrlarda əl işləri, həmçinin Gəncə və ətraf bölgələrin mətbəx nümunələri, habelə kənd təsərrüfatı məhsulları tədqim olunub. Burada Gəncə və ətraf regionları təmsil edən kiçik qida istehsalçıları dolma, dovğa, qutab, paxlava, mürəbbə və meyvə quruları kimi məhsulları birbaşa istehlakçılara satmaq imkanı da əldə ediblər.

Sərgi-yarmarkada Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko da iştirak edib. Məlumat üçün bildirək ki, səfir Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və İqtisadiyyat Nazirliyinin benefisiarı olduğu “Ənənəvi qida məhsullarının təkmilləşdirilmiş təşviqi və marketinqi” texniki yardım layihəsi çərçivəsində baş tutan tədbirdə iştirak etmək üçün Gəncə şəhərinə səfər edib.

Gülnar RÜSTƏMOVA    İctimairey.az Xəbər portalının Xüsusi Müxbiri

 

Нет описания.

Qeyd edək ki, “GƏNCƏSƏNƏT” – Gəncə incəsənət, sənətkarlıq və yaradıcılıq sərgi-yarmarkasının həyata keçirilməsinin əsas məqsədi vaxtı ilə Gəncədə, eləcə də ətraf bölgələrdə mövcud olmuş, bugünki dövrə gəlib çatmamış və ya çox az sayda sənətkar tərəfindən qorunub saxlanan bir sıra sənət ənənələrinin dirçəldilməsi və yaşadılmasıdır. Bununla yanaşı sərgi-yarmarka alıcılarla sənətkarlar arasında körpülərin salınmasına, yaradıcılıqla məşğul olanlar arasında inkişaf yönümlü dialoqun qurulmasına, əhalidə sənətkarlıq və incəsənətə olan marağın artırılmasına, müxtəlif istiqamətli sənət növlərinin yaşadılması və inkişafına, eləcə də şəhərin mədəni həyatının canlandırılmasına xidmət edir. “GƏNCƏSƏNƏT” – Gəncə incəsənət, sənətkarlıq və yaradıcılıq sərgi-yarmarkası daha dayanıqlı və konseptual şəkildə fəaliyyətini davam etdirəcək və mütəmadi şəkildə keçiriləcəkdirНет описания.Нет описания.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »