RF-in Müdafiə Nazirliyi: ƏMR! Ukraynada həlak olan əsgərlərin cəsədləri məhv edilsin (sənəd)

0

“Rəsmi istifadə üçün” müvafiq sənədi Rusiya Federasiyası Müdafiə nazirinin müavini Aleksey Krivoruçko imzalayıb.

Rusiya Federasiyasının Müdafiə Nazirliyi Ukraynada həlak olan əsgərlərinin cəsədlərinin məhv edilməsi barədə göstəriş verib.

Rusiya Federasiyası Müdafiə nazirinin müavini Aleksey Krivoruçkonun imzaladığı 26 fevral tarixli müvafiq sənədi Sever Əməliyyat Komandanlığı dərc edib.

Xüsusilə, bu sənəddə “rəsmi istifadə üçün” Rusiya Federasiyasının Müdafiə Nazirliyi il martın 1-dən Ukraynada döyüşən şəxsi heyətin şəxsiyyətini təsdiq edən sənədləri müsadirə etməyi, cəsədlərin təxliyyəsi üçün ən qısa müddətdə tədbirlər görməyi tələb edir. Rusiya hərbçiləri Ukraynadan və cəsədlərin gecə saatlarında “daimi dislokasiya məntəqələrinə və onların nömrə təyin edilməklə kütləvi məzarlığa basdırılmasına”, o cümlədən Belarus ərazisinə gizli aparılmasını təmin etsinlər.

Bundan başqa, sənəddə cəsədləri təxliyə etmək mümkün olmadıqda, “onların yerindəcə məhv edilməsi barədə qərarın qəbul edilməsi” nəzərdə tutulur.

“Düşmənin öz əsgərlərinə münasibəti haqqında bilmək lazım olan hər şey. Eyni zamanda, Ukraynanın həlak olan hərbçiləri qəhrəman kimi son səfərə yola salınır və onların xatirəsini ehtiramla yad edirlər”, – komandanlıq şərh edib.

false

Leave A Reply

Your email address will not be published.

Tərcümə »