Zelenski deyib ki, NATO Ukraynanı uçuşa qadağan zona elan etməkdən imtina edərək, şəhərləri bombalamağa yaşıl işıq yandırıb.
Zelenski açıqlamasında NATO-nun bu gün keçirilən sammitini “zəif və çaşdırıcı sammit” adlandırıb. “Aydındır ki, hamı Avropa uğrunda azadlıq mübarizəsini bir nömrəli məqsəd kimi görmür” deyən Zelenski davam edib:
“NATO ölkələrinin bütün kəşfiyyat orqanları düşmənin planlarını çox yaxşı bilirlər ki, Rusiya hücumu davam etdirmək istəyir. Biz 9 gündür ki, amansız müharibənin şahidi oluruq, şəhərlərimizi viran qoyurlar, insanlarımızı, uşaqlarımızı bombalayır. Yeni hücumların və tələfatların qaçılmaz olduğunu bilən NATO Ukrayna səmasını bilərəkdən uçuşa qadağa etməmək qərarına gəlib.
Bu gün alyansın edə biləcəyi yeganə şey təchizat sistemi vasitəsilə Ukraynaya 50 ton dizel yanacağı göndərmək idi. Budapeşt Memorandumunu yandıraq ki, o, daha yaxşı yansın, amma o (memorandum) artıq bizim üçün rus qoşunlarının atəşi ilə yandırılıb”.
“NATO bu gün uçuşa qadağa zonası yaratmaqdan imtina edərək, Ukraynanın şəhər və kəndlərinin daha da bombalanması üçün yaşıl işıq yandırıb”. Zelenski deyib.
“Amma mən bilmirəm ki, siz kimi müdafiə edə bilərsiniz və Şimali Atlantika Alyansı ölkələrini qoruya biləsinizmi? Siz bizim ümumi Avropamız, ümumi azadlığımız, tökülən litrlərlə qanımız üçün, litrlərlə yanacaqla özünüzü bizdən qoruya bilməzsiniz”
“Biz inanırıq ki, NATO ölkələri Ukrayna səmasını guya uçuş üçün bağlamaqla Rusiyanın NATO-ya qarşı birbaşa təcavüzünə səbəb olacaqları nağıl edir. Bu, özünü hipnozdur. Bu gündən etibarən bütün ölənlər sizin sayənizdə ölür. Zelenski bildirib.