Facebook-dan sonra, Rusiya Twitter-in də ölkədə qadağan olunduğunu açıqlayıb.
Rusiyanın Ukraynaya hücumlarından sonra qlobal sosial media şirkətləri Rusiya mediasının sosial media hesablarına məhdudiyyətlər qoyub.
İctimairey.az xəbər verir ki, məhdudiyyətlərə qarşı addım da Rusiyadan gəlib. Rusiyanın Federal İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Agentliyi (Roskomnadzor) axşam saatlarında Facebook-a girişin dayandırıldığını açıqlayıb.
Bu açıqlamadan dərhal sonra, verilən açıqlamada ölkədə Twitter-in də qadağan edildiyi bildirilib. Eyni səbəblərdən bağlanan Twitter-ə giriş də tamamilə dayandırılıb.