Rusiya Müdafiə Nazirliyi Jitomirdə Javelin silah-sursat anbarının məhv edildiyini açıqlayıb

0

Rusiya hərbçiləri yüksək dəqiqlikli silahlarla Jitomirdə yerləşən tank əleyhinə raket kompleksləri olan böyük anbarı məhv ediblər. Bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov deyib.

“Son 24 saat ərzində uzaqmənzilli dəqiqlikli silah Jitomirdəki hərbi hissənin ərazisində “Javelin” və “NLOW” tank əleyhinə raket komplekslərinin saxlandığı sursat anbarını məhv edib”, – Konaşenkov bildirib.

Müdafiə Nazirliyinin məlumatına görə, ümumilikdə, Ukrayna ərazisində keçirilən xüsusi əməliyyat zamanı Ukraynanın hərbi infrastrukturunun 2037 obyekti vurulub. 98 ədəd S-300, Buk M-1 və Osa zenit-raket kompleksləri də məhv edilib.

Rusiya Müdafiə Nazirliyi Mariupol uğrunda döyüşlərin gedişindən də danışıb

Rusiya hərbçiləri Ukrayna Silahlı Qüvvələrinin 66 təyyarəsini yerdə və 16 təyyarəsini havada, 708 tankını, eləcə də digər texnikasını məhv edib. Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi İdlibdən yaraqlıların Ukraynaya keçdiyini bildirib.

Fevralın 24-də Rusiya prezidenti Vladimir Putin LXR və DXR rəhbərlərinin kömək xahişinə cavab olaraq, Donbasın müdafiəsi üçün hərbi xüsusi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb. Ukrayna Rusiya ilə diplomatik əlaqələri kəsib. Ukrayna prezidenti Vladimir Zelenski Ali Radaya ümumi səfərbərlik haqqında qanun layihəsi təqdim edib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »