Telkom İndoneziya Cənub-Şərqi Asiya ilə Avropa arasında beynəlxalq sualtı rabitə kabelini yerləşdirməyə hazırdır, Antara xəbər verir.
Beynəlxalq sualtı rabitə kabeli genişzolaqlı internetin keyfiyyətini artıracaq. Kabel saniyədə 100 terabaytdan çox ötürməyə imkan verəcək.
İndoneziya çevik iş saatları da daxil olmaqla, dəyişən tendensiyalar səbəbindən sürətli internetə tələbatın artdığını müşahidə olunur.
Sualtı kabel rabitə sisteminin 2025-ci ilin birinci rübündə tamamlanacağı gözlənilir.
Xatırladaq ki, son vaxtlar İndoneziya hökuməti Avropadakı tərəfdaş ölkələrlə ikitərəfli iqtisadi əlaqələri gücləndirir.