Azərbaycandan Rusiya Federasiyasına pomidor ixracı ilə əlaqədar qoyulan məhdudiyyətlər tamamilə aradan qaldırılıb
Azərbaycandan Rusiya Federasiyasına ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin tamamilə aradan qaldırılması sahəsində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən zəruri tədbirlər davam etdirilir.
İctimairey.az xəbər verir ki, Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, aparılan danışıqların məntiqi nəticəsi və təsərrüfatlarda həyata keçirilmiş monitorinqlər, həmçinin məhsullardan götürülmüş nümunələrin laborator müayinələri ilə bağlı təqdim olunmuş məlumatlara əsasən, martın 5-dən etibarən Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) tərəfindən Azərbaycandan pomidor məhsulunun həmin ölkəyə ixraci ilə əlaqədar tətbiq olunan məhdudiyyətlər tamamilə aradan qaldırılıb.