SON XƏBƏR: Rusiya hərbçiləri Zaporojye Atom Elektrik Stansiyasını zəbt ediblər

0

Rusiya Silahlı Qüvvələrinin (SQ) hərbçiləri Zaporojye Atom Elektrik Stansiyasının (AES) ərazisini zəbt ediblər.

İctimairey.az xəbər verir ki, bu barədə Ukraynanın Zaporojye vilayətinin hərbi administrasiyası respublikanın Nüvə Tənzimlənməsi üzrə Dövlət Müfəttişliyinə (NTDM) istinadən məlumat verib.

İdarədən bildirilib ki, hazırda AES-in əməliyyat heyəti enerji bloklarının vəziyyətinə nəzarət edir və onların təhlükəsizlik tələblərinə uyğun işləməsini təmin edir.Российские военные заняли Запорожскую АЭС — Рамблер/новости

Martın 4-nə keçən gecə Zaporojye Atom Elektrik Stansiyasının yaxınlığında yanğın barədə məlumat yayılıb. Qeyd olunur ki, yanğın elektrik stansiyasının yaxınlığında yerləşən təlim kompleksinin binasını əhatə edib. Səhər saatlarında Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti (UDFHX) yanğının söndürüldüyünü bildirib.

Qeyd edək ki, Zaporojye AES-in enerji blokları toxunulmaz olaraq qalır, hazırda radiasiya vəziyyətində heç bir dəyişiklik qeydə alınmayıb.

Ukrayna Dövlət Nüvə Tənzimləmə Qurumunun məlumatına görə, indi Zaporijjya AES-in yerləşdiyi ərazi Rusiya Federasiyasının hərbi qüvvələrinin nəzarətindədir.

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »