Rusiyanın ABŞ-dakı səfiri amerikalı senatorun Putinə sui-qəsd çağırışlarına dair izahat tələb edib

0

Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov prezident Vladimir Putinə sui-qəsd çağırışı edən amerikalı senatorun bəyanatlarının izahını və sərt şəkildə pislənməsini tələb edib.

“Amerikalı siyasətçinin bəyanatını qəbuledilməz və hədsiz hesab edirəm. ABŞ-da Rusiyaya qarşı rusofobiyanın və nifrətin dərəcəsi damdan keçir. İnanmaq olmaz ki, öz mənəvi dəyərlərini bütün bəşəriyyət üçün “yol göstərən ulduz” kimi təbliğ edən bir ölkənin senatoru Vaşinqtonun beynəlxalq aləmdə məqsədlərinə çatmaq üçün, terrorizmə çağırış edə bilər”, – diplomat bildirib.

Səfir bu cür məsuliyyətsiz və qeyri-peşəkar siyasətçilərin başında duran ABŞ-ın taleyindən qorxmağa başladığını əlavə edib. “Biz bu amerikalının cinayət xarakterli bəyanatlarının rəsmi izahatını və kəskin şəkildə pislənməsini tələb edirik”.

Senator Lindsey Qraham bir müddət əvvəl Fox News-un primetime proqramında çıxış edərək demişdi ki, gərginləşən Ukrayna böhranına son qoymağın yeganə yolu, Putinin siyasi müttəfiqləri tərəfindən öldürülməsidir.

Qeyd edək ki, amerikalı respublikaçı senator Lindsi Qrem Rusiya prezidenti Vladimir Putini cinayətkar hesab etdiyi üçün, ona münasibət bildirib.US Senator Graham in Israel: Time to develop 'guardrails' around Iran's  nuke program | The Times of Israel

Qrem daha əvvəl demişdi ki, “bu oğlanı öldürən” şəxs (Rusiya prezidenti Putini) ölkəyə və dünyaya böyük xidmət göstərəcək

Siyasətçi özünün Tvitter səhifəsində soruşub ki, Rusiyanın öz Brutus və ya Klaus Stauffenberg – Qay Yuli Sezar və Adolf Hitlerin həyatına qəsd edən tarixi şəxsiyyətləri varmı?

 

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »