Riqa’da Rusiya səfirliyi “Ukraynanın müstəqilliyi” küçəsinə köçürüldü

Riqa’da Rusiya səfirliyi “Ukraynanın müstəqilliyi” küçəsinə köçürüldü

Rusiyanın Latviyadakı səfirliyinin yerləşdiyi küçənin adının dəyişdirildiyi diqqət çəkir.

IctimaiRəy.azRiqa Şəhər Şurası Rusiyanın hərbi hücumuna müqavimət göstərən Ukraynanı dəstəkləyir və Ukrayna xalqının qəhrəmanlığının şərəfinə küçələrdən birinin adının dəyişdirilməsinə qərar verib. Maraqlıdır ki, Rusiya Federasiyasının Latviyadakı səfirliyinin yerləşdiyi küçənin adı dəyişdiriləcək.

Bundan sonra Antoniyas küçəsi “Ukraynanın müstəqilliyi” adını daşıyacaq. Bu barədə Riqa Şəhər Şurasının rəsmi Tvitter hesabında məlumat verilib.

“Ukrayna xalqının qəhrəmanlıq mübarizəsinə ən güclü dəstəyi ifadə etmək üçün, Riqa Antoniyas küçəsinin Rusiya Federasiyasının Latviyadakı səfirliyinin yerləşdiyi küçənin adını Ukraynanın Müstəqillik küçəsi adlandıracaq”, – postda deyilir.

 

Comments are closed.

Tərcümə »