Qarri Kasparov: Putini dayandırmaq lazımdır, əks halda onun növbəti hədəfi nüvə silahı olan NATO olacaq
Rusiyalı şahmat çempionu Qarri Kasparov Rusiyanın “müharibə cinayəti” törətdiyini əsas gətirərək, Qərb ölkələrini “Rusiyanı daş dövrünə qaytarmağa” çağırıb.
Şahmat üzrə dünya şöhrətli rusiyalı çempion Qarri Kasparov Rusiya prezidenti Vladimir Putinin administrasiyasına qarşı çıxışını davam etdirir. Kasparov Qərb ölkələrini “Putinə qarşı daha sərt hərbi və iqtisadi strategiya qəbul etməyə” çağırıb.
“BU SOYQIRIMIN QARŞISI ALINMALIDIR”
Kasparov sosial mediada paylaşdığı bir sıra mesajlarda baş verənlərin Putinin dünya müharibəsinin bir parçası olduğunu bildirərək, dünyanın Putinə məhəl qoymadığını və bu prosesə icazə verdiyini bildirib. Bu qiyməti ukraynalıların öz qanları ilə ödədiklərini deyən Kasparov sözlərinə belə davam edib:
Əgər Putin indi dayandırılmasa və bu soyqırımın qarşısı alınmasa, onun növbəti hədəfi nüvə təhlükəsi olan NATO olacaq”.