İngiltərənin göndərdiyi “Çellencer-2” tankları Ukrayna sərhədində
İctimaiRəy.az–Ukraynaya hərbi dəstəyini davam etdirən NATO ölkələri ölkəyə logistika axınını davam etdirir. Nəhayət, İngiltərə hökumətindən verilən açıqlamada, Ukrayna sərhədinə çoxlu sayda “Challenger-2” tankı və zirehli maşının göndərildiyi açıqlanıb.
Rusiyanın Ukraynaya təcavüzü 9-cu gününə qədəm qoyub. Paytaxt Kiyev də daxil olmaqla, bir çox şəhərdə Rusiya bombardmanları davam etsə də, Ukrayna ordusu və xalqı müqavimət göstərməkdə davam edir. İki tərəf arasında münaqişələr davam edərkən, NATO ölkələri Ukraynaya dəstəyini davam etdirir
İNGİLTERƏDƏN UKRAYNAYA TANK DƏSTƏYİ
Digər tərəfdən müqavimətə dəstək vermək istəyən İngiltərə hökuməti Ukrayna sərhədinə çoxlu sayda “Challenger-2” tankı və zirehli texnika göndərəcəyini açıqlayıb. Göndərmənin görüntüləri agentliklərə düşüb. Görüntülərdə çoxlu zirehli texnikanın bölgəyə köçürüldüyü görünür.
Böyük Britaniyanın baş naziri Boris Conson Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığında ölkəsinin yaxın saatlarda və günlərdə Ukraynaya “daha çox hərbi dəstək” göstərəcəyini bildirib.
ABŞ-DAN 8 F-35 DƏSTƏK
ABŞ Polşa, Latviya, Litva və Estoniyaya ümumilikdə 8 F-35 qırıcısı, 32 AH-64 Apache ağır hücum helikopteri və 800 əsgər göndərib.
NATO ÖLKƏLƏRİ RUMUNIYAYA ƏSGƏRLƏR TOPLAYIR
NATO-nun bəyanatına görə, dünən və bu gün Fransanın cənubundakı İstres şəhərində toplanan 500 fransız əsgəri Rumıniyaya göndərilib. Kollektiv müdafiə və çəkindirmə çərçivəsində NATO tarixində ilk dəfə fəaliyyətə başlayan NATO Cavab Qüvvələri quru, dəniz, hava və xüsusi birliklərdə xidmət edən təxminən 40 min əsgərdən ibarətdir.